Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pislədi

Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İran dronlarının hücumunu pisləyib.

Aznews.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayılıb.

“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda deyilir.