İtaliyanın İrandakı səfiri Paola Amadei və səfirliyin əməkdaşları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar.
Aznews.az xəbər verir ki, axşam saatlarında Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam edib və İtaliya səfirliyinin nümayəndələri Azərbaycan ərazisinə keçid ediblər.
Qeyd edilib ki, təxliyə olunan şəxslərdən 8-i diplomat, 2-si isə mülki vətəndaşdır.