- Hadisə
- 14:51
- 1 943
200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edilib
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.
Aznews.az xəbər verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Təxliyə reysi vasitəsilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.