Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon xəstəxanasının təcili tibbi yardım şöbəsinə məxsus olan "UAZ" markalı avtomobil "VAZ 21011"lə toqquşub.
Çağırışa gedən təcili tibbi yardım maşınında olan feldşer A.Həsənzadə xəsarət alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.