- Hadisə
- 11:31
- 699
Azad edilmiş ərazilərdə 248 min ha minalardan təmizlənib
Azad edilmiş ərazilərdə 248 min ha minalardan təmizlənib.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində 2025-ci ildə də işlər sürətlə davam etdirilib, geniş minatəmizləmə işləri aparılıb. 2025-ci ildə 69205,7 hektar, ümumilikdə isə 30 dekabr 2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərdə 248997,5 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.