Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib

Azərbaycandan İrana yola salınan humanitar yardım dəmir yolu ilə Cənub Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

Aznews.az xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 76 tonu ərzaq və qida məhsulları, 4 tonu dərman vasitələri və 2 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilib.

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərildiyi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.

Aznews.az

image description image description image description