- Hadisə
- 10:36
- 916
Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl yola salındı - FOTO
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
Aznews.az xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.
Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.