Gəncədə yol qəzasında biri azyaşlı olmaqla, dörd nəfər yaralanıb

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb.

İlkin məlumata görə, qəzada 9 yaşlı Y. H, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.