Kəlbəcərdə yük avtomobili aşıb, 3 nəfər ölüb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "HOWO" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.