Hərbi hospitalın bölmə rəisinin məhkəməsi başladı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Aznews.az xəbər verir ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə baxılır.

Bu gün məhkənin baxış iclası başlayıb, prosesdə ittiham aktı elan edilib.

Azər Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Hərbi hospitalın Maddi texniki təminat bölməsinin rəisi Azər Paşayevin adı “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyevin cinayət işində keçib. Belə ki, cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyev barəsində də cinayət işi başlanılıb. Sabiq rəis hazırda həbsdədir və məhkəmə istintaqı davam edir. Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi vəzifəini Murğuz Həsənov icra edir.