Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlının nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törətməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən verilən birgə məlumatda bildirilib ki, aprelin 3-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsindən piyadavurma ilə bağlı çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 33 yaşlı şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 34 yaşlı şəxs (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Sağ dizin əziyi diaqnozu təyin edilən pasiyent ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.