- Hadisə
- 09:26
- 1 445
18 yaşlı gənc ağır qəza törətdi: ölən var
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.
AzNews.az xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə həmkəndlisi, piyada, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub.
Yaralı xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.