NİİM piyadalara müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara müraciət edib.

Aznews.az xəbər verir ki, müraciətdə deyilir ki, baş verən hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib, yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərir: "Belə hadisələrin baş verməməsi, gedəcəyiniz ünvana rahat və təhlükəsiz şəkildə çatmaq üçün keçidlərdən istifadə etməlisiniz. Sürücülərə isə müraciət edərək bildiririk ki, diqqətiniz yolda və sürət həddində olsun. Belə olduqda, xüsusilə də çoxzolaqlı yollarda qaydalara əməl etməyib yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları gördüyünüz anda, qəzaların baş verməməsi üçün vaxtında təhlükəsizlik tədbirləri görə biləcəksiniz".