Daha 2 445 nəfər koronavirusa yoluxub Daha 2 445 nəfər koronavirusa yoluxub

İranda daha 121 nəfər koronavirusdan ölüb

Daha 2 445 nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində daha 121 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu günədək bu virusdan ölənlərin sayı 9 863 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 445 nəfər koronavirusa yoluxub. Bununla da bu virusa yoluxanların sayı 209 970 nəfərə çatıb. Virus daşıyıcılarından 2 846 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, indiyədək İranda 169 160 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,47 milyondan çox test həyata keçirilib. (Trend)

AzNews.az