- Ermənistan və Gürcüstan
- 13 Dekabr 2021 20:04
- 10 182
Gürcüstanda “omikron”a yoluxma ilə bağlı şübhəli hallar var
Artıq ölkənin laboratoriyalarında tədqiqatlara başlanılıb, nəticəsi yaxın günlərdə məlum olacaq
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxmalarla bağlı araşdırma aparılır. Tibbi sahə üzrə mütəxəssislər ölkədə “omikron” stamına yoluxma ilə əlaqədar bir neçə şübhəli hal olduğunu bildirirlər.
Aznews.az xəbər verir ki, artıq laboratoriyalarda tədqiqatlara başlanılıb, nəticəsi yaxın günlərdə məlum olacaq.
Gürcü epidemioloqlar COVID-19-un təhlükəli növünün Gürcüstanda da təsdiqlənəcəyini real hesab edirlər və bunun da ciddi problemlərə səbəb olacağını vurğulayırlar.