Paşinyan: İrəvanın suallarına cavab olmasa, Ermənistan KTMT-dən çıxacaq

Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında rəsmi İrəvanın verdiyi suallara cavab verilmədiyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.

O, qeyd edib ki, KTMT İrəvanı Azərbaycanla sərhəddə sülhməramlılar yerləşdirməyə hazır olduğuna əmin edib, lakin öz işini görməyib.

Onun sözlərinə görə, sülhməramlılar münaqişələrdə neytral tərəf olaraq qalırlar, KTMT sülhməramlıları isə bitərəf tərəf olur.

Mövsüm

Aznews.az