Stoltenberq Gürcüstanı Rusiyanı “dayandırmaq” üçün “daha ​​çox iş görməyə” çağırıb

NATO minlərlə ukraynalı qaçqının Gürcüstanda yerləşdirilməsini alqışlayır, lakin Tbilisini “Rusiyanı dayandırmaq üçün daha çox iş görməyə” çağırır.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Tbilisidə baş nazir İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib.

“Mən minlərlə ukraynalı qaçqının Gürcüstanda yerləşdirilməsini, həmçinin Gürcüstanın Ukraynaya göstərdiyi maliyyə və humanitar yardımı alqışlayıram . Bununla belə, Rusiyanın “hərbi əməliyyatını” dayandırmaq üçün daha çox iş görülməlidir”, - o deyib.

Kobaxidze öz növbəsində qeyd edib ki, Gürcüstan alyansın ən sadiq və etibarlı tərəfdaşlarından biridir. O, danışıqlara və ölkənin NATO ilə inteqrasiyaya verdiyi dəstəyə görə Stoltenberqə təşəkkür edib.

Mövsüm

Aznews.az