Ermənistan Aİ-yə üzv olmaq üçün ərizə verməyi müzakirə etmir -Spiker

Ermənistan hazırda Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət etmək imkanını müzakirə etmir.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

Onun qeyd edib ki, indi biz ölkənin ittifaqa daxil olmasını müzakirə etmirik. O vurğulayıb ki, Avrointeqrasiya qərarının Gürcüstan və ya Türkiyə ilə bağlı vəziyyətdə olduğu kimi illər boyu uzanmaması üçün hələ çox iş görülməlidir. Simonyanın fikrincə, bunun mümkün olması üçün İrəvan bir çox standartları dəyişməlidir.

"Ərizə təqdim etsək belə, sual bunun nə qədər vaxt aparacağıdır", - parlamentin spikeri vurğulayıb.

Mövsüm

Aznews.az