- Ermənistan və Gürcüstan
- 3 Aprel 2024 16:39
- 6 726
BQXC-nin müşaiyəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib
Beynəlxalq Qırımız Xaç Cəmiyyətinin (BQXC) müşayiəti Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı həyat yoldaşı ilə birlikdə Gorusda saxlayıblar.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.
Məlumata görə, bu il martın 29-da onlar BQXC-nin müşayiəti ilə Ermənistana gediblər.
Bildirilib ki, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb.
O, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.