- Ermənistan və Gürcüstan
- 5 Aprel 2024 15:44
- 7 137
Aİ dörd il ərzində Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətindədir
Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətindədir.
Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ, ABŞ və Ermənistanın Brüsseldə keçirilən üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz qarşıdakı dörd il ərzində 270 milyon avro qrant verəcəyik. Biz Ermənistanı dəstəkləyəcəyik ki, o, daha davamlı olsun. Biz kiçik biznesi, kiçik və orta biznesi dəstəkləyəcəyik, onların inkişafına, yeni bazarlara çıxmasına kömək edəcəyik”, -deyə Von der Leyen qeyd edib.
Onun sözlərinə görə, Aİ ilk növbədə infrastruktur layihələrinə sərmayə qoyacaq. Xüsusilə, Qara dəniz elektrik kabeli layihəsi, eləcə də bərpa olunan enerji istehsalı sahəsində.
Mövsüm
Aznews.az