Tarixi və real Ermənistan bir-biri üçün ciddi təhdidlər yaradır - Paşinyan

"Hökumət və şəxsən mən belə bir nəticəyə gəldim ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir araya sığmır, həm də çox vaxt bir-birinə zidd olur və hətta bir-biri üçün ciddi təhdidlər yaradır". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışında bildirib.

Hökumət uzun müddət tarixi Ermənistan psixologiyasının və ənənələrinin daşıyıcısı olub, lakin 2022-ci ildə başa düşüb ki, Ermənistanın təhlükəsizliyinin əsas amili beynəlxalq səviyyədə tanınan Ermənistan ərazisidir.

"44 günlük müharibəyə qədər Ermənistanda tarixi və real Ermənistanın bir-birini gücləndirə biləcəyinə dair ictimai-siyasi konsensus mövcud idi. Bu nöqteyi-nəzərə şəxsən mənum üçün də məqbul idi", deyə o, əlavə edib.

Nikol Paşinyan bildirib ki, yalnız 2022-ci ilin sentyabrında hərbi əməliyyatlardan, yəni Cemruka hücumdan sonra o, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təsbit edilməsi ölkənin təhlükəsizliyinin təmin edilməsində həlledici ola biləcəyindən qəti şəkildə əmin olub. Həmin andan etibarən fəal siyasi-psixoloji proses başlayıb. Hökumət başçısı bunu hazırkı Ermənistan və tarixi Ermənistan arasında delimitasiya prosesi adlandırıb. "Bu proses Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən heç də asan deyil", deyə o qeyd edib./ TURAN İA