Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Gürcüstan parlamentinin müxalifətdəki “Vətəndaşlar” partiyasından olan deputatı Aleko Elisaşvili “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze ilə dava edib.

Yayımqanunverici orqanın "YouTube" kanalında canlı yayımlanıb.

Elisaşvili qəfildən kürsünün arxasında dayanmış Mdinaradzeyə yaxınlaşaraq əli ilə onun başına zərbə endirib.

Davaya digər deputatlar da qoşulub.

Mövsüm

Aznews.az