Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Gürcüstan parlamenti müxalifət deputatlarının iclası pozmaq cəhdlərinə və vətəndaşların davam edən etirazlarına baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Səsvermə parlamentin saytında yayımlanıb.

Nəşr qeyd edir ki, qanun layihəsinin lehinə 83 deputat, əleyhinə isə 0 deputat səs verib. Qanunun qüvvəyə minməsi üçün daha iki oxunuşda təsdiq edilməlidir.

Qanun layihəsinə baxılarkən müxalifət partiyasının deputatları qışqıraraq, masaları vuraraq iclasın gedişinə mane olub, hakim partiyanın nümayəndələri onlarla mübahisəyə başlayıblar. Bu səbəbdən parlamentin spikeri Şalva Papuaşvili texniki fasilə elan etmək məcburiyyətində qalıb. Müxalifətin iclas zalını tərk etdiyi bildirilib. Belə ki, “Aqmaşenebelinin strategiyası” müxalifət partiyasının liderləri Giorgi Vaşadze və “Vahid Milli Hərəkat”ın nümayəndələri Levan Xabeişvili və Tina Bokuçava zaldan çıxarılıb.

Mövsüm

Aznews.az