Gürcüstanın keçmiş dövlət naziri Tbilisidə mitinqdə saxlanılıb

Avropa və Avro-Atlantik inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvili “xarici agent” statusunu tətbiq edən qanun layihəsinə qarşı keçirilən aksiyada saxlanılıb. Mitinq əvvəlcə dinc keçib, lakin bir müddət sonra polislə toqquşmalar başlayıb.

Bu barədə Gürcüstanın "Formula News" telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Petriaşvili saxlanılan bir neçə nümayişçidən biridir. Ailəsinin verdiyi məlumata görə, o, hazırda polis şöbəsindədir.

Hazırda etirazçılar Tbilisidəki mitinq meydançalarından tədricən dağılmağa başlayıblar.

Mövsüm

Aznews.az