Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb

Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqin dağıdılması nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin 6 nümayəndəsi yaralanıb.

Bunu keçirdiyi brifinqdə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib.

"Zorakı hərəkətlər nəticəsində 6 polis əməkdaşı yaralanıb və onlara müvafiq tibbi yardım göstərmək üçün klinikalara aparılıb", - Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Bundan əlavə, nazir müavini əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisinin Rustaveli prospektində xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmadıqları üçün 63 etirazçını saxlamağa nail olublar.

Mövsüm

Aznews.az