Gürcüstan parlamentində xarici agentlər haqqında qanuna görə deputatlar arasında dava olub

Gürcüstan parlamentinin xarici agentlər haqqında qanun layihəsinin müzakirəsinin davam etdirilməli olduğu plenar iclası başlamazdan əvvəl parlament çoxluğunun üzvləri ilə müxalifət arasında dava düşüb.

Bu barədə mayın 1-də "Sputnik Gürcüstan" yazır.

“Müxalifət Vahid Milli Hərəkatının deputatları hakimiyyəti UNM lideri Levan Xabeişvilinin yaralanması nəticəsində xüsusi təyinatlıların iştirakı ilə insidentdə ittiham etdikdən sonra vəziyyət gərginləşib”,- nəşrin Teleqram kanalında deyilir.

Bu bəyanat hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin narazılığına səbəb olub. Vəziyyət davaya çevrilib. Müxalifət nümayəndələri Tamar Çarkviani və Salome Samadaşvili zaldan çıxarılıb.

Mövsüm

Aznews.az