- Ermənistan və Gürcüstan
- 9 Dekabr 2024 19:28
- 7 861
Britaniya XİN Gürcüstana bütün yardım proqramlarının dayandırıldığını açıqlayıb
Böyük Britaniyanın xarici işlər naziri David Lammy bildirib ki, ölkə Gürcüstan hökuməti ilə dəstəyini və əlaqəsini azaldacaq.
Müvafiq bəyanatı Britaniya Xarici İşlər Nazirliyi yayıb.
Departamentin rəsmi saytında Lammy deyib: “Gürcüstan hakimiyyətinin etirazçılara və jurnalistlərə qarşı zorakılıq səhnələri qəbuledilməzdir və dayandırılmalıdır”.
O, həmçinin əlavə edib ki, bu cür hərəkətlər “Gürcüstanın beynəlxalq nüfuzuna kölgə salır” və ölkənin Avropa gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir.
Mövsüm
Aznews.az