Gürcüstan müxalifəti Rusiya ilə dialoqun tezliklə bərpasına çağırır

Gürcüstanda müxalifət partiya və hərəkatlarının nümayəndələri Rusiya ilə dialoqun tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər.

Bu məsələ ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirin sonunda qəbul edilən qətnamədə onun iştirakçıları belə qənaətə gəliblər ki, Gürcüstan hazırda ölkənin yaşadığı irimiqyaslı iqtisadi və sosial çətinliklərin öhdəsindən gəlməyə qadir deyil.

"Qonşu ölkələrlə dostluq münasibətlərini dərinləşdirmək lazımdır. Rusiya ilə mehriban qonşuluq münasibətlərini bərpa etməyin vaxtı çatıb", - sənəddə deyilir.

Mövsüm

Aznews.az