- Ermənistan və Gürcüstan
- 15:09
- 872
Ermənistanın baş nazirinin müavini İran səfiri ilə regional prosesləri müzakirə edib

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və İranın səfiri Mehdi Sobhani Tehranla İrəvanın energetika və ticari-iqtisadi sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu barədə “Report” erməni KİV-lərinə istinadən xəbər verir.
"Tərəflər Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyindəki əsas məsələləri müzakirə edib, energetika və ticari-iqtisadi sahələrdə əməkdaşlığa toxunub, həmçinin regional proseslərə dair fikir mübadiləsi aparıblar", - məlumatda vurğulanıb.