Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı 14 nəfər saxlanılıb

Ermənistanda “hakimiyyəti ələ keçirməyə cəhd” maddəsi ilə açılmış cinayət işi çərçivəsində 14 nəfər saxlanılıb.

Bu barədə respublikanın İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.

"Müstəntiqin vəsatəti əsasında nəzarət edən prokuror 16 nəfərin barəsində dövlət cinayət təqibinin başlanması barədə qərar qəbul edib. Hazırda müstəntiqin qərarı ilə 14 nəfər saxlanılıb", - saytın məlumatında deyilir .

Bundan əlavə, 90-dan çox axtarış aparılıb. Onlar zamanı dövlət çevrilişi uğurlu olacağı təqdirdə müvafiq icra hakimiyyəti vəzifələrinə təyin edilməli olan şəxslərin siyahısı aşkarlanıb.

Mövsüm

Aznews.az