- Ermənistan və Gürcüstan
- 25 İyul 17:30
- 1 709
Ermənistandakı Atom Elektrik Stansiyası regionu təhdid edir

Sovet dövründən qalan atom elektrik stansiyası üçün “Gözləyən Çernobıl” xəbərdarlığı edilib.
1976-cı ildə açılmış və ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən elektrik stansiyası Ermənistanın paytaxtı İrəvandan cəmi 35 kilometr aralıda yerləşir.
1988-ci ildə Spitak zəlzələsindən sonra altı il bağlı qalıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb.
“HƏR AN PARTLAYA BİLƏR”
Daily Mail-in hesabatında Cənubi Qafqaz üzrə ekspert doktor Peter Marko Tase zavodun texnoloji cəhətdən köhnəldiyini və iqtisadi çatışmazlıqlar səbəbindən böyük təhlükəsizlik riski yaratdığını vurğulayıb.
"Bu reaktorun fəlakətə səbəb olma riski çox yüksəkdir. Partlayış zamanı o, Çernobıl kimi torpaq, su və havanın çirklənməsinə səbəb ola bilər və təsirləri illər boyu Avropa səmasında hiss oluna bilər", - Tase deyib.
Mütəxəssislər zavodun aktiv seysmik qırılma xəttində yerləşdiyini vurğulayır və stansiyanın struktur təhlükəsizliyinin yetərincə olmadığını bildirirlər.
1995-ci ildə yenidən açılmazdan əvvəl də narahatlıqlar qaldırıldı.
O zaman Ermənistan parlamentinin Ətraf Mühit Komitəsinin müşaviri Viktoriya Ter-Nikoqosyan demişdi ki , "Bu atom elektrik stansiyası heç vaxt təhlükəsiz olmayacaq. Mümkün qəza Ermənistanın sonu ola bilər".
Beynəlxalq Atom Enerjisi Agentliyindən Morris Rosen stansiyanın dizaynını “açıq-aşkar qeyri-adekvat” adlandırıb.
Mövsüm,
AzNews.az