- Ermənistan və Gürcüstan
- 19:22
- 1 220
Ermənistan Ağ Evdə görüşü nə təsdiq, nə də təkzib edir

Ermənistan hökumətinin mətbuat xidməti Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Donald Trampla Vaşinqtonda mümkün görüşü barədə məlumatı nə təsdiq, nə də təkzib edib.
AzNews.az xəbər verir ki, Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu öz mənbələrinə istinadən Ermənistan və Azərbaycan başçıları arasında mümkün görüş barədə yazıb.
O, həmçinin bildirib ki, Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq niyyəti bu həftə Vaşinqtonda açıqlana bilər.
Ermənistan Nazirlər Kabineti 1lurer.am saytının sorğusuna cavab olaraq izah edib ki, bu cür səfərlər rəsmi bəyanatla müşayiət olunur və yalnız dərc edildikdən sonra məlumat etibarlı sayıla bilər. Belə bir bəyanat dərc olunana qədər səfərlə bağlı məlumatlar təsdiqlənməmiş hesab edilməlidir.
AzNews.az