- Ermənistan və Gürcüstan
- 13:42
- 713
Paşinyan və Pezeşkian arasında telefon danışığı olub

Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pəzeşkiyanla telefon danışığı zamanı Vaşinqtonda Azərbaycanın prezidenti İlham Əliyevlə apardığı danışıqların nəticələri barədə məlumat verib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti öz saytında məlumat yayıb.
“Mətbuata verilən açıqlamada deyilir ki, baş nazir 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini İran İslam Respublikasının prezidentinə təqdim edərək, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün region üçün açdığı imkanları vurğulayıb.”
Paşinyan qeyd edib ki, regional kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində, qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək. O, həmçinin Pəzeşkiyana Vaşinqton razılaşmalarına obyektiv qiymət verdiyi üçün təşəkkür edib və İran prezidentinin Ermənistana qarşıdakı səfərinin əhəmiyyətini vurğulayıb.
Mövsüm,
AzNews.az