ABŞ və Ermənistan Vaşinqton razılaşmalarının icrasına başlayıb

ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistanın sərhəd qüvvələri ilə birlikdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində investisiya tələb edən istiqamətləri dəqiqləşdirərək, analitik metodologiya hazırlayacaq.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, bu işlər avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçiriləcək.

"ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin komandası 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələri ilə birlikdə "Boşluqların/imkanların analizi" prosesi vasitəsilə imkanları qiymətləndirəcək və təkmilləşdirilməsi tələb olunan istiqamətləri müəyyən edəcək. Digər yerlərdə uğurla tətbiq edilmiş bu analitik metodologiya sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək", - məlumatda bildirilib.