- Ermənistan və Gürcüstan
- 11:58
- 2 044
Ermənistan ABŞ-dan 11 milyon dollara dronlar alıb
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens rəsmi səfər çərçivəsində Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanla görüşüb.
ABŞ Prezidenti Donald Trampın səfər etdiyi ölkələrdə yüksək məbləğli satışlar həyata keçirmə ənənəsini bu dəfə vitse-prezident Ceyms Devid Vens davam etdirib.
11 milyon dollarlıq PUA satışı
Bu çərçivədə Vens Ermənistana 11 milyon dollar dəyərində pilotsuz uçuş aparatları (PUA) satıldığını açıqlayıb.
Paşinyan və Vens satışı həyata keçirilən PUA-nı yerindəcə nəzərdən keçirib, görüş zamanı çəkilmiş fotoşəkil də ictimaiyyətlə paylaşılıb.
Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
“Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq”
Vens bildirib ki, ABŞ ilə Ermənistan arasında 11 milyon dollarlıq V-BAT tipli müşahidə məqsədli PUA-ların satışı ilə bağlı yeni müdafiə sazişi imzalanıb.
“Biz ilk dəfə olaraq böyük həcmli hərbi texnologiya satışını elan edirik. Söhbət 11 milyon dollar dəyərində müşahidə məqsədli pilotsuz uçuş aparatlarından gedir. Bu PUA-lar Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunacaq. Eyni zamanda bu razılaşma ABŞ üçün müdafiə texnologiyaları sektorunda yeni iş imkanları və investisiyalar deməkdir”, – deyə Vens vurğulayıb.
Mövsüm,
AzNews.az