- Ermənistan və Gürcüstan
- 13:50
- 1 288
Nikolun ayrılıq qəhri: Anna ilə boşandı
Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanla vətəndaş nikahının başa çatmasına münasibət bildirib.
“Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənim dayağım və dəstəyim olub. Mənim onun üçün eyni şeyi etdiyimə əmin deyiləm. Ola bilsin ki, mən ona daha çox kədər bəxş etmişəm, bunun üçün üzr istəyirəm”
Daha əvvəl isə Anna Akopyan yenidən sosial şəbəkə hesabında paylaşım edərək Paşinyanla nikahlarının başa çatdığını və bu gün hökumət iqamətgahını tərk edəcəyini deyib.
O əlavə edib ki, mövzu ilə bağlı daha əvvəlki postu anlaşılmazlıq yaradıb. Belə ki, Akopyan vətəndaş nikahının başa çatdığını bildirərkən çoxu bunu rəsmi nikaha daxil olma kimi qələmə verib.
AzNews.az