Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirildi

Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib.

Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.

Təhlükəsizlik Şurasının iclasında bölgədəki vəziyyət müzakirə edilib.