Ermənistan rəsmisi Zelenskinin açıqlamasına cavab verib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda Rusiyaya qarşı səsləndirdiyi açıqlamalara münasibət bildirib.

AzNews.az Crossmedia.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.

Armen Qriqoryan jurnalistlərə açıqlamasında kənardan səsləndirilən bütün bəyanatların tam şəkildə izlənilməsinin mümkün olmadığını deyib.

O qeyd edib ki, bu baxımdan əsas diqqət Ermənistanın öz rəsmi mövqeyi və bəyanatlarına yönəlməlidir.

Qriqoryan vurğulayıb ki, ölkənin xarici siyasət xətti və rəsmi mövqeyi prioritet təşkil edir.