- Ermənistan və Gürcüstan
- 11:32
- 891
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
"Üçbaşlı müharibə partiyası" darmadağın edildi.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, ilkin nəticələrə görə, parlamentə düşən “Güclü Ermənistan” bloku, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyasını nəzərdə tutaraq, onların məğlub edildiyini qeyd edib.
Paşinyanın sözlərinə görə, bu vacib olsa da, lakin son nəticə deyil: “Xalq Ermənistan Respublikasında üçbaşlı müharibə partiyasının və onu müşayiət edən cinayətkar oliqarxik sistemin aradan qaldırılması iradəsini açıq şəkildə ifadə edib. Əlbəttə ki, bu, siyasi əksəriyyətin və hökumətin ən vacib vəzifələrindən biri olacaq və biz bunu təxirə salmadan və çox qətiyyətli və aydın addımlarla həyata keçirməliyik”.
Aznews.az