Ermənistan parlamentində mandatlar necə bölündü? - Elşən Mustafayev seçki sistemini açıqlayır

"Ermənistanda seçkilərin ilkin nəticələri açıqlanıb. Hakim Vətəndaş Müqaviləsi partiyası 49.81 faizlə ən çox səs yığan partiya olub. Bəziləri deyir ki, səslərin 50 faizdən artığını yığmadığına görə Pasinyanı qalib hesab etmək olmaz. Bu yanlışdır. Əslində isə tam qalib gəlib. Əsas parlamentdə mandat sayıdır".

Bu barədə AzNews.az-a AMİP funksioneri Elşən Mustafayev açıqlama verib. O deyib:

"Yəni mandat sayının ən azı 50+1 ni almalısan ki, bunu da alıblar. İkincisi Ermənistanda qanuna görə bir partiya ən çox səsi yigirsa , amma bu 50 faizdən az olursa o zaman onlarin mandat sayını 54 faizə qaldırmaq üçün əlavə mandat verilir. Həmçinin qalıb partiyanın parlamentdə mandat sayı 3/2 dən artıq olmamalıdır. Əyər olarsa artıq mandatlar onlardan geri alınır. Eyni zamanda müxalifət mütləq şəkildə parlamentdə azı 3/1 mandatla təmsil olunmalıdır. Əyər bu sayı ala bilməyibsə müxalifətə də əlavə mandat verilir. O səbəbdəndir ki, Ermənistanda parlament üzvlərinin sayı 101 dən az olmayaraq göstərilir. Ehtiyac yaranarsa yuxarıda göstərdiyim səbəblərdən bu say artırıla bilir. Ən azından keçən parlament üzvlərinin sayına baxanda görə bilərik. Yəni Pasinyanı bu seçkidə qalib gəlib".