- Ermənistan və Gürcüstan
- 10:10
- 914
Quterreş Ermənistanda səfərdədir
BMT-nin Baş katibi Antonio Quterreş Ermənistana səfər edib.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilir ki, BMT baş katibini Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Qeyd edək ki, Quterreş BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak etmək üçün Ermənistana səfər edib.