Prezidentin sərəncamı Prezidentin sərəncamı
  • Paytaxt
  • 16 Oktyabr 2018 18:52
  •  15 869

Xanlar Vəliyevin oğluna mühüm vəzifə verildi - Fəxri konsul təyin olundu

Prezidentin sərəncamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".