“İstərdik ki, BMT TŞ Azərbaycanla bağlı qərarlarının icrasına daha məsuliyyətli yanaşsın”. “İstərdik ki, BMT TŞ Azərbaycanla bağlı qərarlarının icrasına daha məsuliyyətli yanaşsın”.
  • Paytaxt
  • 30 Noyabr 2018 13:53
  •  2 547

“Azərbaycanın Cənubi Sudana hərbçi göndərməsi...” - Ziyafət Əsgərov

“İstərdik ki, BMT TŞ Azərbaycanla bağlı qərarlarının icrasına daha məsuliyyətli yanaşsın”.

“Azərbaycan BMT-nin sülhməramlı missiyasına qoşulub. Burada məqsəd, Azərbaycan dövlətinin, Prezidentinin sülhsevər siyasətini ortaya qoymaqdır. İstəyirik ki,dünyanın bütün ölkələrində sülh, sabitlik və əmin-amanlıq olsun”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabiti" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Vitse-spiker qeyd edib ki, bu məsələdə Azərbaycan dövləti də, Prezidenti də maraqlıdır: “Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın”.

Elgün
AzNews.az