Bu, Prezidentin müvafiq fərmanında öz əksini tapıb. Bu, Prezidentin müvafiq fərmanında öz əksini tapıb.
  • Paytaxt
  • 3 Aprel 2019 18:36
  •  2 617

Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq

Bu, Prezidentin müvafiq fərmanında öz əksini tapıb.

Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq.

Bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

AzNews.az