• Paytaxt
  • 31 İyul 2019 16:47
  •  533

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

"Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim sülh və firavanlıq arzulayıram".