"Birgə işləməyə hazır olduğumu bildirmək istərdim" "Birgə işləməyə hazır olduğumu bildirmək istərdim"
  • Paytaxt
  • 8 Oktyabr 2019 22:28
  •  2 677

Medvedev Əli Əsədovu təbrik etdi

"Birgə işləməyə hazır olduğumu bildirmək istərdim"

Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın Baş Naziri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

Bu barədə Rusiya Federasiyası hökümətinin mətbuat xidməti məlumat verib.

Medvedev qeyd edib ki, Rusiya və Azərbaycan arasından dostluq və tərəfdaşlıq münasibətləri, eləcə də ticarət, iqtisadi və investisiya əməkdaşlığı davamlı inkişaf edir, enerji, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələr həyata keçirilir.

“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, - deyə Rusiyanın Baş Naziri qeyd edib.(qafqazinfo.az)

AzNews.az