Dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm Dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm
  • Paytaxt
  • 5 Dekabr 2019 17:39
  •  1 646

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".

AzNews.az