"Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram” "Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram”
  • Paytaxt
  • 31 May 2020 14:48
  •  3 299

Tailand Kralından Azərbaycan Prezidentinə təbrik

"Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram”

Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram”.