Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə
  • Paytaxt
  • 9 İyul 2020 10:40
  •  3 420

Müdafiə Nazirliyində mühüm dəyişikliklər

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

AzNews.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.
General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.