Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar
  • Paytaxt
  • 26 Noyabr 2020 16:45
  •  3 648

Ceyhun Bayramovla əfqanıstanlı həmkarı arasında telefon danışığı baş tutub

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən AzNews.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.